Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Göygöldə it döyüşləri təşkil edənlər saxlanılıb"
DİN: "Göygöldə it döyüşləri təşkil edənlər saxlanılıb"

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib.

Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »