Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azerçay”, “Doğma Fermerlər” layihəsini təqdim etdi
“Azerçay”, “Doğma Fermerlər” layihəsini təqdim etdi

İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil edən “Azerçay” bu dəfə “Doğma fermerlər” layihəsini ictimaiyyətə təqdim etdi.

“Azerçay”, “Doğma Fermerlər” layihəsini təqdim etdi

Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə vieoçarx hazırlanıb. 100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən qəhraman fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar.

12 oktyabr – Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan doğma çayımız “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.

Videolar “Azerçay” markasının YouTube kanalına daxil olaraq izləyə bilərsiniz:

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »