Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Viktor Qasımov: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb"
Viktor Qasımov: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb"

“12-15 yaşlı uşaqların vaksinasiyadan keçməsi ilə bağlı artıq müraciət olub”.

Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, artıq vaksin vurduran yeniyetmələr var: “Vaksin vurduran uşaqlarda heç bir yan təsir olmayıb, təsiri çox yaxşıdır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı ilə müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.(apa)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »