Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkə Rusiyaya görə hərbi gücünü artırır
Baltikyanı ölkə Rusiyaya görə hərbi gücünü artırır

Baltikyanı ölkələr həmişə Rusiya təhlükəsi hiss edir. Hökumət rəhbərləri zaman-zaman bu istiqamətdə fikirlər səsləndirib. Xüsusilə Estoniya Rusiya ilə yola getmir. Üstəlik, Tallinin Kremlə torpaq iddiası da var.

Bizimyol.info xəbər verir ki, Estoniya Rusiyaya qarşı hərbi gücünü artırır. Baltikyanı ölkə yeni “Blue Spear” raketləri əldə edib. Rusiya bundan çox narahatdır. Çünki Kalininqrad şəhəri Baltikyanı ölkələrin arxasına düşən ayrılmış torpaqdır. Estoniya ora hər zaman zərbə endirə bilər.

Estoniyanın Müdafiə İnvestisiyaları Nazirliyi bir neçə şirkətlə müqavilə imzalayıb. İsrailin “Israel Aerospace Industries” və Sinqapurun “ST Engineering Land Systems”i ilə sazişlər Rusiyanın ürəyincə deyil. İndi Tallinin gəmi əleyhinə qanadlı raketləri 320 kilometr məsafəni nişan ala bilir.

İsrail və Sinqapur şirkətləri “Proteus Advanced Systems” adlı müştərək müəssisədə birləşib. Estoniya məhz bu müəssisənin məhsulunu əldə edib. “Blue Spear”a qədər Baltikyanı ölkənin gəmi əleyhinə qanadlı raketləri olmayıb.

Estoniya hərbi-dəniz donanmasına rəhbərlik edən Yuri Saska deyib ki, bu istiqamətdə ciddi addım atıblar: “Seçilən silah qarşıdakı onilliklərdə Estoniya dəniz müdafiə sisteminin əsas elementi olacaq. Estoniya hərbi dəniz qüvvələri həm milli, həm regional, həm də kollektiv müdafiə işlərinə əhəmiyyətli töhfə verə biləcək”.

Rusiya mətbuatı yazılarında Estoniya hərbi dəniz qüvvələrini ələ salmağa çalışıb. Donanmada cəmi 300 nəfərin xidmət etdiyi yazılıb. Amma ABŞ mətbuatı raket sisteminin əhəmiyyətini qabardıb. Qeyd olunub ki, “Blue Spear” İsrailin “Gabriel” raketinin son modifikasiyasıdır.

Təxminən altı metr uzunluğunda olan raketin müxtəlif uçuş rejimi var. Çox aşağı hündürlükdə uça bilir. Bir neçə on kiloqram ağırlığında döyüş başlığı ilə təchiz olunub. Maksimum dəqiqlik üçün aktiv radar sistemi də var.

“Gabriel” 500 kilometrlikdəki hədəfləri dəqiq vura bilir. “Blue Spear” bu sistemdən azacıq geri qalır. Buna baxmayaraq, Estoniyanın əldə etdiyi yeni silah daha az yanacaq tələb edir.

Kalininqrad Rusiyaya İkinci Dünya Müharibəsindən miras qalıb. Almaniya şəhəri məğlubiyyətdən sonra Kremlə verilmişdi. İndi Rusiya bura Baltikyanı ərazidə forpost kimi baxır. Moskva cəmi 400 min əhalisi olan şəhəri böyük hərbi texnika ilə təchiz edib.

Məhz Kalininqrad NATO üzvləri – Litva, Latviya, Estoniya üçün təhlükə obyektidir. Rusiya bu yolla alyans ərazilərinə girə bilib. Amma NATO ilə azacıq gərginlik başqa problemi ortaya çıxarır. Təyyarə, qatar, avtomobil yolları bloklana bilir. Üstəlik, 10 ildən çoxdur Sankt-Peterburqla Kalininqrad arasında su ticarət marşrutu açılıb. Yəni NATO da Kremlə başağrısı yarada bilər.

Rusiyanın narahatlığı mətbuatdakı hər cümlədə hiss olunur. “Blue Spear” sisteminin quraşdırıldığı yerdən Sankt-Peterburqu cəmi 150 kilometr ayırır. Estoniya çox inamlı danışır. Hələ bilinmir ki, Tallin bundan sonra neçə belə raket alacaq.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »