Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel İsrailə Türkiyə ilə praqmatik razılaşmalara getməyi tövsiyyə edib
Merkel İsrailə Türkiyə ilə praqmatik razılaşmalara getməyi tövsiyyə edib

Almaniya kansleri Angela Merkel Avropaya qanunsuz immiqrasiya ilə mübarizədə Türkiyənin Avropa Birliyi üçün mərkəzi rol oynadığını deyib.

Bizimyol.info xəbər verir ki, türkiyə mətbuatı Jüdische Allgemeine qəzetinə istinadən xəbər verir ki, Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunu ziyarət edən Merkelin Türkiyə ilə bağlı sualı cavablandırarkən, Ankara ilə diqqətli davranmağın vacib olduğu fikrini səsləndirib.

Kansler Merkel: "Türkiyəni gözardı edə bilməzsiniz. NATO üzvü Türkiyə Avropaya qanunsuz köçlə mübarizədə AB üçün mərkəzi rol oynayır. Türkiyənin böyük hədəfləri var və münasibətlərdə bir çox mövzularda xəyal qırıqlığı ilə qarşılaşır. Münasibətlər fərqli olsa belə, yenə də praqmatik razılaşmalar tapmalısınız. Bir-birimizlə danışmağa davam etməliyik".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »