Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili zəng etmək hüququndan məhrum edilib
Saakaşvili zəng etmək hüququndan məhrum edilib

Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşdən sonra bildirib ki, həbsdə olan keçmiş prezident telefon danışığı etmək hüququndan məhrum edilib.

Bizimyol.info xəbər verir ki, "Sputnik"in verdiyi məlumata görə, bu gün vəkillər Saakaşvilinin bir gün əvvəl prokurorluq tərəfindən zəng etmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı ilə tanış olublar.

"Əslində, Mixail Saakaşvilinin zəng etməsini qadağan edən sənəddə heç nə yazılmayıb. Sadəcə mücərrəd bir ifadə istifadə olunur ki, Mixail Saakaşvili cinayət işlərində şahidlərə təzyiq göstərə bilər, bu tamamilə absurddur. Əslində hakimiyyət Mixail Saakaşvilinin tam təcrid olmasını istəyir", - deyə Sadzaqlişvili jurnalistlərə bildirib.

Siyasətçinin başqa bir vəkili Bek Basilai də prokurorluğun qərarını absurd adlandırır.

"Bu adamla bağlı səkkiz ildir ki, məhkəmə çəkişməsi var. O, azadlıqda idi, Ukraynada yüksək vəzifələrdə çalışırdı, kiməsə zəng etmək istəsəydi bunu istintaq vaxtı edərdi. Kimsə deyə bilərmi Mixail bu məsələ ilə bağlı kiməsə zəng edib? Bu ittiham tamamilə absurddur", - Basilaya dedi.

Vəkillər Saakaşvilinin hərəkət etməsində də çətinliklər yarandığını bildiriblər.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1 -də, aclıq aksiyasına başladığı gün saxlanılıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »