Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibinin müavini Rusiyaya səfərə gəlib
ABŞ dövlət katibinin müavini Rusiyaya səfərə gəlib

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyaya səfəri başlayıb.

Bizimyol.info xəbər verir ki, V.Nuland Rusiya XİN-də xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.

Səfər çərçivəsində ABŞ rəsmisinin Kreml administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə də görüşləri gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın Rusiyanın bir sıra məmurlarına qarşı sanksiya tətbiq etməsinə cavab olaraq V.Nulandın adı Rusiya XİN-in “qara siyahısı”na daxil edilmişdi. ABŞ-ın sanksiya siyahısında olan bir neçə diplomata viza vermək razılığından sonra Nulandın adı həmin siyahıdan çıxarılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »