Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazalarda biabırçılıq: Kişi alt paltarlarında “İti qovan” yazısı - Foto
Mağazalarda biabırçılıq: Kişi alt paltarlarında “İti qovan” yazısı - Foto

Bir müddət əvvəl qələbədən sonra dəyişən obyekt adları ilə bağlı yazı dərc etmişdik. Yazıda qeyd olunurdu ki, müharibədən sonra bir çox əcnəbi məkan adları dəyişdirilərək, milliləşdirilib və bu çox qürurverici haldır. Lakin bir neçə gün əvvəl rastlaşdığım mənzərə ilə mənə məlum oldu ki, bu ad dəyişmə, yeni ad vermə məsələsini düzgün başa düşməyənlər də var.

Söhbət yuxarıda qeyd olunna şəkildən gedir. Şəkil Bakıda yerləşən mağazalardan birində çəkilib və sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Kişi alt paltarnda "İti qovan" yazısı

Gördüyünüz kimi kişi alt paltarıdır və üst hissəsində “İti qovan” yazılıb. Hamıya məlumdur ki, bu şüar 44 günlük müharibədən yaddaşlarda qalan ifadədir.

Bu ifadəni alt paltarının üzərinə yazmaz, bununla reklam aparmaq nə dərəcədə düzgündür?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu ad nə qədər çox yayılsa yaxşı olar, amma alt paltarları yox, üst paltarlarında.

Eyyub Hüseynov Eyyub Hüseynov

““İti qovan” məna kəsb edən ifadədir. Yəni, sürətlə qovan deməkdir. Biznes qurumları hər bir haldan istifadə edib pul qazanmaq istəyirlər. Bunu bir brendə çevirə biləcəklərsə, üst paltarlarına, maykalara, papaqlara, kepkalara qoysalar, daha yaxşıdır. Alt paltarına qoyulması heç uyğun deyil”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edib
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
Son xəbərlər
Bütün xəbərlər »