Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın baş nazirinə Rusiyadan sərt reaksiya: "Təcavüz çağırışı"dır
Yaponiyanın baş nazirinə Rusiyadan sərt reaksiya: "Təcavüz çağırışı"dır

Yaponiya Baş nazirinin Kuril adaları ilə bağlı səsləndirdiyi "Yapniyanın müstəqilliyi cənubi Kurillə bağlıdır" açıqlamasına Rusiyadan cavab gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Kuril Adalarında yaponları qonaq, turist və ya sahibkar kimi gözləyirik, ancaq Rusiya qanunlarına əməl etmək şərti ilə".

Bunu Kuril meri Vadim Rokotov, Yaponiyanın yeni Baş naziri Fumio Kişidanın sözlərini şərh edərkən deyib.

“Bu cür bəyanatları çox eşitmişik. Onlara artıq öyrəşmişik. Yaponiyanın hər yeni liderinin gəlişi ilə ərazi məsələsinin həllinə çağırış edilir. Sizə bu yaxınlarda Konstitusiyamızda torpaqların özgəninkiləşdirilməsinin qarşısının alınmasından bəhs edən dəyişiklikləri xatırlatmaq istəyirəm. Kuril sakinləri yekdilliklə bu düzəlişlərə səs verdilər ”, - deyə Rokotov bildirib.

“Biz ölkələrimiz arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin inkişafı tərəfdarıyıq. Biz iki yüksək səviyyəli məktəbin açılışına hazırlaşırıq, üzgüçülük hovuzları, kinoteatrlar, asfalt yollar tikirik. Fikrimcə, bütün bunlar bizim ərazilərimizin olduğunu açıq şəkildə göstərir", - Kuril meri deyib.

Oktyabrın 12-də Federasiya Şurasının beynəlxalq komitəsinin başçısının birinci müavini Vladimir Cabarov da Rusiyanın bölünməz olduğunu, ölkənin sərhədlərinin yenidən nəzərdən keçirilməyəcəyini və Rusiya Federasiyasına hər hansı bir təcavüzün nəzərə alınacağını söyləyi. Yaponiya hökumət rəhbərinin fikirlərini "təcavüz çağırışı" kimi dəyərləndirib.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »