Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə müəllimlər arasında qadınların sayı kişilərdən çoxdur...
Niyə müəllimlər arasında qadınların sayı kişilərdən çoxdur...

"Gələcəkdə qadınların təhsildə çox olması, problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik".

Bizimyol.info xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl danışmışdı. O, qeyd etmişdi ki, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir: "Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələsi ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqları hallarla bağlıdır".

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, təhsildə qadın müəllimlərin çox, kişi müəlimlərin az olması problemi təkcə Azərbaycanda deyil, bütün dünyada olan qlobal bir problemdir. Ekspertin sözlərinə görə, bu problemin müxtəlif səbəbləri var. Əsas səbəb isə müəllimlik peşəsinin məvacibinin az olmasıdır.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

"Dünyanın hər yerində belə bir situasiya yaşanır. Ailə qayğılarının daha çox hissəsi kişilərin üzərində olduğu üçün bunun əsas səbəbdir. Kişilərin bu peşəni az seçməsinin səbəbi, kişilərin daha səbrsiz olması ilə bağlıdır. Xüsusilə, Şərq cəmiyyətlərində kişilər daha kəmhövsələ, qadınlar isə ana obrazında və övladlarına bir müəllim mövqeyində olduqları üçün qadınlara müəllim olmaq daha asan gəlir" - deyən ekspertin fikirncə, Azərbaycan şəraitində eyni zamanda mental dəyərlər də böyük yer tutur. Bir çox ailələr qız övladının qadın mühitində işləməyini istəyir. Bu da qadın müəllimlərin sayını artırır. Ailələrin, həyat yoldaşlarının qadınları ancaq qadın mühitində görmək istəməsi də onları bu peşəni seçməyə vadar edir.

Q.Məhərrəmovun sözlərinə görə, bu isə qlobal problemdir. Halhazırda feminizasiya prosesi gedir. Və bu feminizasiyanın zərərləri var. Hər bir mühitdə gender balansının qorunması önəmlidir. Əgər gender balansı qorunmursa, müəyyən qədər həmin mühitdə feminin davranışlar daha önə çıxır.

"Qadın davranışları daha çox önə çıxır. Balans olmadığı təqdirdə, bu mühitdə yetişən uşaqlarda qadın davranışları daha ön planda ola bilər. İdaretmə də daha çox emosional, yəni emosiyaların ön plana çıxdığı şəkildə aparıla bilər. Çox qəribədir ki, böyük bir faizi qadın olan təhsil cəmiyyətində, təhsil icmasında məktəb direktorlarının çoxu kişidir. Bu isə qadınların idarəetmədə az təmsil olunduğunu göstərir. Yenə də bunun müxtəlif səbəbləri var. Hər bir peşədə olduğu kimi müəllim peşəsində də gender balansı bir ehtiyacdır. Gender balansının qorunması üçün isə peşə rəğbətləndirilməlidir",- deyə ekspert vurğulayıb.

Mütəxəssislərin fikrincə, qadın müəllimlərin çox olması oğlan şagirdlərin davranışına da mənfi təsir göstərir. İbtidai siniflərdə bu çox özünü biruzə etməsə də, sonrakı illərdə bu bir başa uşağın psixikasına təsir edir. Qadın müəllimələr arasında böyüyən uşaqda müxtəlif qadınsı davranışlar özünü göstərə bilir. Qadın cəmiyyətində böyüyən oğlan uşaqlarında, kişi xarakteri gec formalaşır və ya formalaşmır. Gələcək həyatlarında isə bu öz mənfi təsirini göstərir. Bu səbəbdən də kişi müəllimlərin də təhsilə cəlb edilməsi vacib məsələdir. Bunun üçün isə, müəllimlərin əmək haqqı bir daha gözdən keçirilməli və müəllimlik peşəsi bir qədər yüksəldilməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
Son xəbərlər
Bütün xəbərlər »