Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid bacısı yeganə övladı üçün kömək istəyir
Şəhid bacısı yeganə övladı üçün kömək istəyir

Göyçay şəhəri Əyrici fabrikinin körpələr evində məskunlaşmış məcburi köçkün, şəhid bacısı Bayramova Vəfa Əyyub qızı övladının müalicəsi üçün kömək istəyir.

Bizimyol.info xəbər verir ki, Vəfa xanım ailəsi ilə birlikdə 1993-cü il tarixdə Ağdam rayonundan məcburi köçkün düşərək Göyçay rayonunda məskunlaşıb. 1-ci Qarabağ müharibəsi zamanı qardaşı Azadov İlham Əyyub oğlu qəhrəmancasına şəhid olub. Xanımın bir övladı var və o, sağ gözündən xəsarət aldığı üçün görmə qabiliyyətini 90 faiz itirib. Dərdli ana övladının müalicəsi üçün lazım olan məbləği ödəyə bilmir və birinci xanım Mehriban Əliyevadan kömək gözləyir.

“Oğlum 3 dəfə cərrahiyyə əməliyyatı olunsa da, görmə qabiliyyətinin bərpa edilməsi mümkün olmayıb. Qabili müayinə edən professor bildirib ki, gözünə buynuz qişası köçürülərsə, görmə qabiliyyəti tam bərpa olunacaq. Biz ailəliklə buna çox sevinsəkdə arzumuz istəyimiz ürəyimizdə qalıb. Çünki balaca Qabilə buynuz qişası köçürülməsi üçün istənilən 10.000 AZN (on min manat) pulu ödəməyə maddi imkanımız yoxdur. Həyat yoldaşım Göyçay Gigiyena və Epidemologiya Mərkəzində fəhlə işləyir ki, əmək haqqısı 320 manat təşkil edir. Bu pul ilə biz güclə dolanırıq. Başqa yerdən gəlirimiz yoxdur”.

Qeyd edək ki, 12 yaşlı Qabil, taekvondo idmanı üzrə yarışlarda dəfələrlə qalib olub və çoxsaylı medallarla, fəxri diplomlarla təltif edilib.

“Çətinliklə üzləşsəkdə ümidimizi üzməmişik ona görə ki, Azərbaycan Respublikasının Mehriban Əliyeva kimi mərhəmətli, qayğıkeş və humanist birinci xanımı var. Mehriban xanımın köməkliyi sayəsində, çoxlu sayda xəstə uşaqlar sağalıb sağlam həyata qayıdıblar.

Mən inanıb çox ümüd edirəm ki, Mehriban xanım mənim bu müraciətimi oxuyub balaca Qabilin səhhəti ilə maraqlanıb, onun cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərəcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »