Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya Rusiyanı oğurluqda ittiham edir
Böyük Britaniya Rusiyanı oğurluqda ittiham edir

Böyük Britaniya ilə Rusiya arasında növbəti qalmaqal yaşanır. Avropa ölkəsi Kremli kiberhücumlarda və əqli mülkiyyət oğurluğunda ittiham edir. Böyük Britaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarının casuslarının “AstraZeneca” şirkətininhazırladığı peyvənd formulunu oğurladığını düşünür. Yerli mətbuatda bununla bağlı ard-arda yazılar yer alır. Amma hökumət təmsilçiləri açıq mətnlə danışmır.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi yerli mətbuatın bu istiqamətdəki suallarını cavablandırıb. O, Kremlə qarşı konkret ittiham səsləndirmək istəməyib. Baş nazirin nümayəndəsi xüsusi xidmət orqanlarının işi ilə bağlı məsələləri şərh etmək istəmədiklərini deyib.

Böyük Britaniya mətbuatı qalmaqala çox geniş yer ayırıb. Yazılanlara görə, ingilis xüsusi xidmət orqanları hökuməti bir rus casunun “AstraZeneca” şirkətinin hazırladığı peyvəndlə bağlı vacib məlumatları oğurlamasından xəbərdar edib. İddia olunur ki, məhz bu oğurluq sayəsində “Sputnik V” peyvəndinin istehsalına başlanılıb.

Böyük Britaniya mətbuatı yazır ki, hər iki peyvəndin təsir prinsipi oxşardır. Hərçənd, fərqlər də var. Məsələn, ingilislərin peyvəndi şimpanze adenovirusu əsasında hazırlanıb.

Maraqlıdır ki, “Sputnik V” Rusiyada daha tez – 2020-ci ilin avqustunda qeydiyyatdan keçib. “AstraZeneca” rəsmiləşməni bundan 4 ay sonra həyata keçirib. Hər iki peyvəndlə bağlı ilkin hazırlıqlara isə keçən ilin yazında başlanmışdı.

Hələ 2020-ci ildə Qərb kəşfiyyat xidmətləri vaksinlər haqqında məlumat əldə etmək üçün rusiyalı hakerlərin böyük kiberhücumlar həyata keçirdiyini xəbər verirdi. Böyük Britaniya hökuməti də bununla bağlı vaxtında məlumatlandırılıb. Görünən odur ki, yenə kiberhücumların qarşısını almaq mümkün olmayıb.

Rusiya Birbaşa İnvestisiyalar Fondu bu ittihamı “anonim mənbələrə əsaslanan açıq yalan” adlandırıb. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya casuslarının peyvənd məlumatlarını oğurlaya biləcəyinə dair sualı cavablandırmaq istəməyib. O, yalnız həmin mətbu orqanları qeyri-ciddi saydığını deyib.

Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »