Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sevilməyən uşaqlar daha tez böyüyür" - Dahilər uşaqlar haqqında
"Sevilməyən uşaqlar daha tez böyüyür" - Dahilər uşaqlar haqqında

Heç şübhə yoxdur ki, uşaqlar həyatımızı yalnız bəzəməklə məşğuldur. Onlarsız yaşama çox böyük mənalar yükləmək olmur. Dahilər də uşaqların ailədə, cəmiyyətdə böyük rol oynamasını vurğulayıblar.

Bizimyol.info onların aforizmlərini bir yerə toplayıb.

- Uşaqlar sağlam nikahın zirvəsidir. (Rudolf Noybert)

- Yalnız özünüzə güvənin. Həyatda iki möhkəm lövbər var – iş və uşaqlar. Qalan fəlakətləri aşmaq mümkündür. (Nikolay Amosov)

- Uşaqlar Yer kürəsinin canlı çiçəkləridir. (Maksim Qorki)

- Dünyanı uşaqlarsız müqəddəs insanlarla doldurmaq və ya uşaqlarla həmin insanlarsız yaşamaq arasında seçim imkanı verilsəydi, mən axırıncını seçərdim. (Lev Tolstoy)

- Həyat qısadır, amma insan bunu bir də uşaqlarında yaşayır. (Anatol Frans)

- Hər ərköyün uşağı səfalət payı gözləyir. (Alfred Adler)

- Uşaq böyüyə inam sayəsində nəsə öyrənir. Şübhə etiqaddan sonra gəlir. (Lüdviq Vitgenşteyn)

- Uşaqlar bilməməlidir ki, onları tərbiyə edənlər üçün nə qədər əzizdirlər. (Robert Valzer)

- Uşağın sualına gec cavab versən, o özü cavab axtaracaq. (Jan Piaje)

- Gec doğulmuş uşaqlar həm də vaxtından əvvəl yetim qalanlara çevrilir. (Bencamin Franklin)

- Ailədə bir uşaq azdır, iki uşaq isə lazım olandan çoxdur. (Aksioma O’Tula)

- Siz həmişə övladınızın sevimli oyuncağı olacaqsınız. (Viki Lanski)

- Biz ərimlə it və ya uşaq böyütməyi düşünürük. Amma hələ qərara gəlməmişik ki, hansı yaxşıdır: xalçanı korlamaq, ya həyatı. (Rita Rudner)

- Övladı olmamaq cinayətdir, olmaq cəza. (Konstantin Melixan)

- Sevilməyən uşaqlar sevilən uşaqlardan daha tez böyüyür. (Perl Bak)

- Bütün həyəti və evi doldurmaq üçün bir uşaq kifayətdir. (Mark Tven)

- Hər uşaq müəyyən mənada dahidir, hər dahinin daxilində də müəyyən mənada bir uşaq yatır. (Artur Şopenhauer)

- Uşaqlar bizim gözləntilərimizə uyğun böyüsəydi, hər biri dahi olardı. (İohann Höte)

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »