Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər bir qız uşağı qorunsun" - Bu gün Beynəlxalq qızlar günüdür
"Hər bir qız uşağı qorunsun" - Bu gün Beynəlxalq qızlar günüdür

Bu gün Beynəlxalq qızlar günüdür. Bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, bütün dünyada yaşayan qızların gücü, sağlamlığı və səlahiyyətləndirilməsi ilin hər günündə əsas məsələdir. Beynəlxalq qızlar günü bu qlobal zərurəti yenidən xatırlamaq üçün bir fürsətdir.

Bu gün qızlar rəqəmsal nəslin bir parçasıdır. Bütün fərqlilikləri ilə onlarla birlikdə olmaq, rəqəmsal dünyaya dəyişiklik gətirənlərin bacarıqlarını və təklif etdikləri həlləri dəstəkləmək, habelə rəqəmsal məkanda üzləşdikləri maneələri aradan qaldırmaq bizim məsuliyyətimizdir.

Qızların rəqəmsal bərabərliyinə gedən yol keşməkeşlidir. İnternet istifadəçiləri arasında müxtəlif coğrafiya və nəsillər üzrə böyük uçurum var. 2013-cü ildə 11 faiz olan bu rəqəm altı il sonra 17 faizə yüksəlib. Dünya ölkələrinin üçdə ikisindən çoxunda STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) fənləri üzrə məzunların yalnız 15 faizini qızlar təşkil edir.

Bu sahələrdə qızlar eyni qabiliyyətə və böyük potensiala malikdirlər və biz onlara səlahiyyət verdiyimiz zaman hər kəs bundan faydalanacaq. Bunu siyasi karyerama başlamazdan çox əvvəl, Lissabonda müəllim işləyərkən gördüm. Fərdlər və cəmiyyətlərin yüksəlməsində təhsilin gücünün şahidi oldum. Bu təcrübə o vaxtdan bəri təhsildə gender bərabərliyi ilə bağlı baxışlarımı istiqamətləndirib.

Rəqəmsal dünyada gender bölgüsünə son qoymaq üçün edilən investisiyalar hər kəs üçün böyük dividentlər gətirir. BMT kimliyindən və hansı şəraitdə yaşamasından asılı olmayaraq bu nəslin nümayəndələrinin öz potensiallarını reallaşdıra bilməsi üçün qızlarla işləmək əzmindədir. Texnologiya və Yenilik üzrə Nəsil Bərabərliyi Fəaliyyət Koalisiyası qızların rəqəmsal potensialını, bacarıqlarını və yaradıcılığını dəstəkləmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və gənc liderlərin kollektiv təşəbbüslər və investisiyalar ətrafında bir araya gəldiyi yeni platformamızdır.

Gəlin, ortaq gələcəyimizi formalaşdırmaq və təmin etmək üçün qızların rəqəmsal nəsildə hərtərəfli iştirakına şərait yaradaq.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, o bu günün Milli Qız övladları günü olmasını istəyir.

Mehriban Zeynalova Mehriban Zeynalova

"Hər bir qız uşağı ailədə, cəmiyyətdə və dövlətdə qorunsun! Bu gün qız uşaqlarının qorunması Dövlətin qanunlarında olsa da, ailə və cəmiyyətdə onlara qarşı ayrı-seçkilik hökm sürməkdədir. Mən istəyirəm ki, hər bir qız uşağı ailəsində nə qədər dəyərli olduğunu, onun inkişafı, təhsili, gələcəyinin ailəsi üçün nə qədər əhəmiyyətli olduğunu hiss etsin! Ailədə öz əhəmiyyətini hiss edən qızların da gələcək ailəsi möhkəm olacağını ailələri dərk etsin.

Mən istəyirəm ki, cəmiyyətimizdə qız və oğlan deyərək cins bölgüsü ilə fərqləndirilməsin insanlar, yaxşı və pis bölgüsü olsun!

Mən istəyirəm ki, bütün qızlar təhlüküəsiz mühitdə yaşasın! Heç bir fiziki, psixoloji, cinsi zorakılıqla üzləşməsin!

Mən istəyirəm ki, cəmiyyət qız uşağına qarşı edilən bütün zorakılıq formalarına qarşı bir mənalı şəkildə dözümsüz olsun! Qız uşaqlarına qarşı edilən bütün ayrı seçkiliklər cinayət hesab edilsin!"...

***

Son zamanlar Azərbaycanda baş verən qadın qətllərinin sayına baxanda, dünyaya qadın gəlməyinə peşman olursan. Əlindən heç nə gəlmir. Ağzını açıb nəsə deməyə çalışanda, səni də onlara qatırlar.

Azərbaycanda qadın hüquqları heç də deyildiyi kimi qorunmur. Qadınlar öldürülür, qadınlar şantaj edilir, qadınlar psixoloji və fiziki zorakılığa məruz qalır.

Ötən illərdə işimiz yoxdur, elə 2021-ci il başlayandan bu günə qədər qadınlara qarşı törədilən cinayətlərin statistikasına nəzər salın. Əgər bizim hüquqlarımız qorunursa, niyə biz öldürülürük, niyə şantaja məruz qalırıq, niyə təhdid edilirik?

Xeyr! Azərbaycanda hüquq mühafizə orqanları Azərbaycan qadınının hüququnu qoruya bilmir. Qadınlar öldürüldükdən, zorakılığa məruz qaldıqdan sonra cinayətkarın cəzalandırılması biz qadınlara heç nə vermir.

Bu gün Beynəlxalq Qızlar günüdür. Ancaq bir düşünək, evimizdə dünyaya gətirib böyütdüyümüz qızlarımızı gələcəkdə nə gözləyir?

Kim zəmanət verir ki, qızlarımız öldürülməyəcək, zorakılığa məruz qalmayacaq? Heç kim.

Azərbaycanda qadının başına nə gəlirsə, qadın günahkar hesab edilir. Odur ki, ağız dolusu Avropaya inteqrasiyadan, qadın hüquqlarının qorunmasından danışmayın.

Biz Azərbaycanda öldürülmək, zorakılığa məruz qalmaq, şantaj edilmək üçün yaranmış ikinci dərəcəli varlığıq. Ən azından bizə bu hissi siz yaşadırsınız.

Bəli, cənnət anaların ayağı altındadır, amma məhz siz anaları, qadınları, qızları ayaq altına atır, tapdayıb öldürürsünüz.

Bu gün Beynəlxalq Qızlar günüdür. Dünyaya gətirmədiyim qızım, bayramın mübarək! Yaxşı ki, bu dünyaya gəlməmisən!

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »