Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Quba yəhudiləri hər zaman Azərbaycana sadiq vətəndaş olublar”
“Quba yəhudiləri hər zaman Azərbaycana sadiq vətəndaş olublar”

“Azərbaycanda yaşayan yəhudilər hər zaman Azərbaycana sadiq vətəndaş olublar və heç bir zaman Azərbaycan xalqının dəyərlərinə zidd olan hərəkətlər etməyiblər”.

Bu sözləri Bizimyol.info saytına 52 saylı Quba seçki dairəsindən seçilən Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədov Bizimyol.info saytına bildirib.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

Xatırladaq ki, İran xarici işlər naziri Əmir Abdullahian Livanın “Əl-Mənar” televiziyasına müsahibəsində Azərbaycanda terrorçularla və siyonistlərlə bağlı Bakıya xəbərdarlıq edildiyini, Azərbaycanın da hansısa “sözlər” verdiyini deyib.

“Mənim dairəmdə yəhudi seçicilər var. Onlar daim Azərbaycana sadiq vətəndaşlar olub. Ümumiyyətlə, Azərbaycan multikultural ölkədir və burada tolerantlıq hökm sürür. Azərbaycanın ərazi bütövlüyü uğrunda ləzgilər də, azərbaycanlılar da, yəhudilər də çiyin-çiyinə döyüşüblər. Kimlərsə bizim aramıza nifaq sala bilməz. Azərbaycanda yəhudi icması var və bu icma heç vaxt Azərbaycanda milli birliyin, İslamın əleyhinə təbliğat aparmayıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, son zamanlar İranın siyasətindən “baş aça” bilmir: “Mən onların nə istədiyini anlamıram. Azərbaycan şəhərləri bombalananda heç belə reaksiya görmürdük. Hər halda, biz kimin kim olduğunu 44 günlük müharibə zamanı tanıdıq. İranın silahlı dəstələri müharibə vaxtı Cəbrayıla soxulanda bizim ordumuz ikinci cəbhə açmaq istəmədi, onlar elə bildilər ki, biz qorxduq. Amma elə deyil. Azərbaycana olunan təzyiqlər və təhdidlər cavabsız qalmayacaq. Əgər İran rəhbərliyi həqiqətən normal münasibətlər istəyirsə, bu ritorikaya son verməlidir. Bakıya səfər etməyə hazırlaşan bir nazir – diplomat ​ belə fikirlər səsləndirməməli idi. Hər halda, bütün bu cür açıqlamalar qıcıq yaratmaqdan başqa şey deyil”.

Deputat vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür: “İsrail Azərbaycanın dostudur, dəfələrlə bunu sübut edib. Təbii ki, bu əlaqələr sırf Azərbaycanın inkişafı və güclənməsi naminədir. Üçüncü bir dövlətə, xüsusilə də, İrana qarşı hər hansı bir niyyət olmayıb. Əgər bizim güclənməyimiz,istər İsrail, istərsə də, Türkiyə və Pakistanla da sıx əlaqələr qurmağımız kimisə qıcıq edirsə,​ bu ayrı məsələdir. İran tərəfi bizim qarşımızda hər hansı tələb qaldıra bilməz. Mən inanmıram ki, Azərbaycan hansısa söz verib. Sadəcə, bizim Prezident istəyir ki, qonşularla münasibətlərimiz yaxşı olsun. Amma təəssüf ki, bəzi qonşularımız bu niyyəti düzgün dəyərləndirmirlər”.

Rüfət Əhmədzadə, Bizimol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »