Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı məktəblərində V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib
Bakı məktəblərində V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.

Bizimyol.info xəbər verir ki,  İdarədən verilən məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb.

Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir.

Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »