Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabir Rüstəmxanlı: Müstəqillik Aktına səs verənlərə deputat təqaüdü verilsin
Sabir Rüstəmxanlı: Müstəqillik Aktına səs verənlərə deputat təqaüdü verilsin

“1918-ci ildə Şərqdə ilk müstəqil Azərbaycan Respublikası yaranıb, 1991-ci ildə isə bunu bərpa etmişik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktını qəbul edəndən sonra foto çəkdirmişdilər: “O zaman jurnalistlərə demişdim ki, bu mənim həyatımın ən xoşbəxt günüdür. Cəmi 43 nəfər SSRİ-yə yox demişdi. Naxçıvan MR isə ümumiyyətlə referendum keçirməmişdi. Sonradan o 43 nəfərə özünü qoşmaq istəyən çox olmuşdu. Hesab edirəm ki, hər iki bayram çox yüksək səviyyədə qeyd olunmalıdır. Müstəqilliyin bərpası ilə bağlı müzakirələrdə iştirak etmiş adamların qədrini bilməliyik. Onlara heç olmasa deputat təqaüdü vermək, sosial durumlarını yaxşılaşdırmaq olar. Digər təklifim isə 18 oktyabrın qeyri-iş günü olmasıyla bağlıdır”.

S. Rüstəmxanlı Nuru Paşaya abidə qoyulmasını da təklif edib: “Ya da Türküstan Ordusuna abidə qoyulmalıdır. Yaxud Nargin adasına niyə diqqət yetirilmir? Orada niyə abidə qoyulmur? Əvvəllər bu məsələlərə mane olan adamlar var idi, indi yoxdur. Ona görə də bu məsələlərə diqqət ayrılmalıdır”.(apa)

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »