Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qarşı kampaniyanın başında kim durur...
Azərbaycana qarşı kampaniyanın başında kim durur...

Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir.

Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.

İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət​ bildirən Leyla Abdullayeva deyib: “Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur.

Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib. Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib”.

XİN sözçüsü əlavə edib ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək: “Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar”.

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İran XİN başçısının özü də yaxşı bilir ki, bu cür ritorika mübadiləsi yaxşı heç nə vəd etmir.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Amma hadisələrin gedişatı göstərir ki, Azərbaycana qarşı kampaniyanın başında Abdullahian durur. Daha doğrusu, o, bu kampaniyanı başladanlardan biridir. Ondan başqa müxtəlif yüksək vəzifəli şəxslər, o cümlədən ordu rəhbərliyində təmsil olunan şəxsləri də qeyd etmək olar. Məlum olur ki, bu dairələr gərginliyi azaltmaqda maraqlı görünmür, ya da özləri də anlayırlar ki, artıq diplomatik mübarizədə məğlub olublar, sadəcə, əsəbdən danışırlar”,- deyə T.Zülfüqarov bildirdi.

O qeyd edib ki, İran XİN başçısı əgər həqiqətən də Bakıya səfər etməyə hazırlaşırdısa, normalda, bu ritorika dayanmalıydı.

“Gərginlik əslində azalmaq üzrədir. Müharibə 100 faiz olmayacaq. İran bunu istəsə də belə, ona imkan verməyəcək. Bölgədəki yeni gərginlik heç Rusiyaya da lazım deyil. Lakin təbii ki, Moskvanın da öz maraqları var və lazım gəldiyində İran faktorundan istifadə edəcək. Amma burada daha çox İranın Ermənistana soxulmaq və Azərbaycanla, Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymaq planlarından söhbət gedir. Abdullahianın Moskva səfəri də göstərdi ki, onun Azərbaycan və Türkiyəyə qarşı tandem yaratmaq cəhdləri boşa çıxıb. İndi isə sadəcə, danışmaqla Bakını qıcıqlandırmaq istəyir”,- deyə sabiq naziq vurğulayıb.

Onun sözlərinə görə, Vyana danışıqları ərəfəsində İran rəhbərliyindəki bəzi dairələr sanki bilərəkdən vəziyyəti gərginləşdirir: “İranın sanksiyalar altında olduğu zaman, bəzi qruplar, o cümlədən SEPAH böyük maliyyə rıçaqları əldə ediblər. Onlar ölkənin neft ixracatına nəzarət edir. Sanksiyaların bitməsi isə bu şəxslərin qazanc yerinin itirilməsi deməkdir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »