Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov həmkarı Mevlut Çavuşoğlu ilə görüşüb
Ceyhun Bayramov həmkarı Mevlut Çavuşoğlu ilə görüşüb

Azərbaycanın və Türkiyə xarici işlər nazirlərinin görüşü olub.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məlumata görə, 11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə görüşü baş tutub.

Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »