Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirayə yolu ilə hər kəs mənzil sahibi ola bilərmi...
Kirayə yolu ilə hər kəs mənzil sahibi ola bilərmi...

2019-cu ilin yanvar ayında ölkə başçısı “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası”nı təsdiq etdi. Fərmana əsasən; Fond müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması, ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiq edilməsi işlərini həyata keçirir. Fond ötən ildən etibarən kirayə yolu ilə mənzil satışına başlayıb. Mexanizmə görə, Fond balansındakı mənzilləri uzunmüddətli kirayə verir və kirayənişin bu mənzilin pulunu hər ay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edir. Artıq ötən müddət ərzində kirayə yolu ilə mənzil satışı mexanizmi çərçivəsində 1054 nəfərə mənzil verilib.

Kirayə yolu ilə hər kəs mənzil sahibi ola bilərmi?

İqtisadçı Günay Həsənovanın sözlərinə görə, kirayə yolu ilə ancaq Azərbaycan vətəndaşları mənzil sahibi ola bilərlər. Yəni, bu güzəşt əcnəbilər üçün nəzərdə tutulmayıb.

"Kirayə yolu ilə mənzil sahibi olma imtiyazı məhkumlar üçün də nəzərdə tutulmayıb. Bununla yanaşı, kirayə yolu ilə mənzil sahibi olmaq istəyən şəxslərin vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Yəni, ödənilməmiş kreditlər və s.

Kirayə yolu ilə mənzil sahibi olmaq üçün yaş həddi də qoyulub. Yəni, mənzil üçün müraciət edənlərin yaşı 60-dan çox ola bilməz. Həmçinin kirayə mənzil üçün müraciət edən şəxslərin aylıq qazancı sənədlərdə qeyd edildiyi kimi olmalıdır. Bəzən vətəndaş daha az gəlirə sahib olduğu halda hərhansı bir kredit üçün müraciət edərkən yüksək maaş qeyd edilmiş sənəd təqdim edir. Yəni, kirayə yolu ilə mənzil sahibi olmaq üçün bu sənədlər yoxlanılır və vətəndaşın gəlirləri nəzərə alınır" - deyən iqtisadçı həmçinin bildirib ki, mənzil üçün müraciət edən şəxsləri daha öncədən Fondla qapanmamış kirayə münasibəti olmamalıdır.

Mənzilin tam haqqı ödənildikdən sonra Fond mənzili vətəndaşın mülkiyyətinə verir. Ekspertin sözlərinə görə, mənzillərin haqqı Azərbaycan valyutası ilə ödənilir və gələcəkdə miqdar dəyişilməz olaraq qalacaq:

"Manatın məzənnəsində dəyişiklik olsa belə, bu, bağlanan müqaviləyə təsir etməyəcək" - deyə ekspert bildirib.

Əmlak məsələləri üzrə eskpert Elnur Azadovun sözlərinə görə, MİDA tərəfindən təqdim edilən mənzillərin satışı, fərdi vətəndaşların ipotekası və kirayə hüquqları əsasında alınmış mənzilin sonradan kirayə borcu bağlandıqdan sonra vətəndaşın ona sahib olması prosesi davam edir: “Mənzillərin satışı “İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilir. MİDA-nın Yasamal, Hövsan layihələri davam edir. Tələbat olduqca yüksəkdir. Ortalama il ərzində 10-15 min nəfər ev üçün müraciət edir. Ancaq təəssüflər olsun ki, qeydiyyatdan keçə bilən şəxslərin sayı oldqca azdır. Yəni, tələblərə cavab verənlərin sayı azdır. İkinci məsələ isə fərdi ipoteka müraciətləridir. Bu xüsusən çıxarışı olan 70-ci illərdən sonra inşa olunmuş və yeni tikilmiş mənzillərə şamil edilir. Müraciətlərin sayı əvvəlki illərdə MİDA proyekti ərasəyə gələnə kimi nisbətən daha çox idi. Ancaq MİDA-dan sonra bu müraciətlərin sayı qismən azalıb".

Mənzillərin kirayə hüququ ilə təklif olunması məsələsinə gəldikdə isə, ekspert bildirib ki, qiymətlər nisbətən yüksək müşahidə olunur: "Tikinti şirkətləri binanı tikib qurtardıqdan sonra satışa çıxarır. Mənzillərin çox hissəsi satılır. Satılmamış mənzillər isə Fond tərəfindən alınır. Adətən belə mənzillərin sahəsi böyük olur. Likvid mənzilləri tikinti şirkətləri özü satır, amma qeyri likvit mənzillər qalır. Açıq bazarda bu gün təkliflərin az olması səbəbiylə, artıq Fond məcbur olub qismən likvid yaxud da qeyri-likvid mənzil alır. Likvid mənzillərin sahəsi 2 otaq üçün 80-90 kvadratmetrdirsə, adətən belə binalarda kvadrat 100 və daha yüksək olur. 3 otaqlar 100-120 kvadratdırsa, burada 120 kvadratdan daha böyük olur. Bu da həmin əmlakın özünün baha başa gəlməsinə səbəb olur"...

E.Azadovun fikrincə, daşınmaz əmlak sektoru inkişaf etsə də, ilə orta hesabla 60-70 tikinti layihəsi başlasa da, bu say yenə azdır. "Təlabat ödənir, ancaq artıq əmlak ərsəyə gəlmir. Rəqabət daha yüksək olmalıdır. Tikinti şirkətləri binanı tikib inşa etdikdən sonra həmin mənzillər ağır satılsın, tikinti şirkətləri həmin mənzilləri təmirli vəziyyətdə satmağa maraqlı olsun. Rəqabət olduğu təqdirdə qiymət də nisbətən aşağı olacaq. Buna görə də ölkədə tikinti şirkətləri daha çox olmalıdır. İnşaat layihələrinin sayı daha çox olmalıdır",- deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »