Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Squid Game”lə bağlı valideynlərə xəbərdarlıq: Məktəblərdə teleserialdakı oyunlar təqlid edilir
“Squid Game”lə bağlı valideynlərə xəbərdarlıq: Məktəblərdə teleserialdakı oyunlar təqlid edilir

Cənubi Koreya istehsalı olan və izlənmə rekordları qıran “Squid Game” serialı ilə bağlı dünyanın müxtəlif yerlərində valideynlərə əhəmiyyətli xəbərdarlıqlar edilib.

Bizimyol.info xəbər verir ki, Belçikadakı bir məktəbdə, məktəb rəhbərliyi, şagirdlərin “Squid Game”dən ilhamlanaraq oyunlar oynamasından narahatlıq keçirdiklərini dilə gətiriblər. Bildiriblər ki, uşaqlar məktəbdə teleserialdakı oyunları təqlid edirlər və uduzanları döyürlər.

Məktəb rəhbərliyi valideynlərə xəbərdarlıq edərək bildirib ki, 18 yaşa çatmamış uşaqların seriallara baxmaları məhdudlaşdırılmalıdır.

Oxşar hadisə İngiltərədə də baş verib. Hətta İngiltərənin Kent şəhərindəki Sandown Məktəbi, uşaqlar üçün onlayn yayımın zərərləri haqqında təhsil verməyə başlayıb.

Qeyd edək ki, Netflixdə yayımlanan “Squid Game” adlı Cənubi Koreya serialı sosial bərabərsizliyi vurğulayaraq qəddar bir sağ qalma rəqabətini əks etdirir və artıq bütün dünyada rekord auditoriyaya çatıb.

Leyla, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »