Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili müraciət edib: "30 oktyabra qədər yaşayacağam"
Saakaşvili müraciət edib: "30 oktyabra qədər yaşayacağam"

12 saylı Rustavi həbsxanasında həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti müraciətlə çıxış edib.

Bizimyol.info xəbər verir ki, "sputnik"in verdiyi məlumata görə, Saakaşvilinin müraciətini onun vəkili, "Mtavari Arxi" telekanalının baş direktoru Nika Gvaramia səsləndirib.

Bildirilir ki, bazar ertəsi səhər vəkilləri keçmiş prezidenti cəzasını çəkdiyi Rustavi 12 saylı həbsxanasında ziyarət ediblər.

"İndi seçkilər var və butün diqqət bu istiqamətə yönləndirilməlidir. Ölkəni dəyişmək üçün butu vasitələrdən istifadə etməliyik. Ən başlıcası - seçkilərdəki qələbəni əldə etməliyik. Mən də öz növbəmdə əlimdən gələni edəcəyəm, hətta aclıq aksiyası zamanı da bacardığım qədər mübarizədə iştirak edəcəm. Mənim üçün vaxtından əvvəl kədərlənməyin 30 oktyabra qədər yaşayacağam.

İndi mənə görə kərərlənməkdənsə, qollarımızı çıqmayıb çalışaraq - 30 oktyabrda qələbəni birlikdə qeyd etməyimiz daha yaxşı olar", - deyə Saakaşvili müraciətində bildirib.

Qeyd edək ki, Saakaşvili Gürcüstanda oktyabrın 1 -də keçirilən yerli seçkilərin birinci turundan bir gün əvvəl saxlanılıb. Seçkilərin ikinci turu oktyabrın 30 -da keçiriləcək.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »