Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 18 Oktyabrın qeyri-iş günü olması təklif edilib
Azərbaycanda 18 Oktyabrın qeyri-iş günü olması təklif edilib

Azərbaycanda 18 Oktyabr qeyri-iş günü kimi qeyd edilməlidir.

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqqında müzakirələr zamanı deyib.

O qeyd edib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün və 28 May - Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır.

Deputat vurğulayıb ki, hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün Müstəqillik Günü kimi qeyd edilməsi, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması nəzərdə tutulur.(trend)

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Elnur Əşrəfoğlu vəfat edib
››› İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Son xəbərlər
Bütün xəbərlər »