Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğulmamış uşaqlar arasında aparılan cinsiyyət ayrı-seçkiliyi...
Doğulmamış uşaqlar arasında aparılan cinsiyyət ayrı-seçkiliyi...

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi qərara əsasən 11 oktyabr "Beynəlxalq Qızlar Günü" elan edilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.

Təssüflər olsun ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, qədim zamanlardan bəri qız və oğlan övladı arasında qoyulan fərq, ayrı-seçkilik hələ də davam etməkdədir. Hazırda dünyanın bir çox ölkələrində qız olaraq doğulmaq, həyata 1-0 geridən başlamaq deməkdir. Çünki bir çox ölkələrdə qız uşaqları istənməyən, oğlan uşaqları isə arzulanan övladdır.

Hətta ölkəmizdə də bu hallarla tez-tez qarşılaşmaq mümkündür. Bunun üçün uzi müayinəsi otaqlarının qarşısında yarım saat vaxt keçirmək və müşahidə aparmaq kifayətdir. Görəcəksiniz ki, danışılan söhbətlər, aparılan müzakirələr lap adamın tüklərini biz-biz edir.

Bir müddət əvvəl mən də uzi müayinəsindən keçmək üçün birxeyli növbə gözləməli oldum. Xəstəxana koridorunda zamanın keçməsini gözlədiyim an o dəqər dəhşətli söhbətlərin, hadisələrin şahidi oldum ki, bir anlıq özümü sivilizasiyadan uzaq bir ölkədə hesab etdim. Deməli, növbə gözləyənlərin yarıdan çoxu hamilə xanımlar idi və əksəriyyəti dünyaya gələcək olan övladlarının cinsiyyətini öyrənmək üçün gəlmişdi.

Xanımlardan biri o qədər səbirsizlənirdi ki, hamının ona yer verməsinə baxmayaraq, qərar tutub bir yerdə otura bilmirdi. O tərəf, bu tərəfə vargəl edirdi. Birdən yanındakı qadına həyəcanla dedi: “ Birdən buda qız olsa, mən neyniyəcəm”? Bu cümlə çox marağımı çəkdi. Beymində müxtəlif suallar yarandı. Başladım həmin xanımların söbhətini dinləməyə. Xanım eyni sualı yenə təkrarladı : “Görəsən qız olsa neyniyəcəm axı? Evdə bir qız var. Bu da qız olsa ərim, qaynanam dəli olacaq. Deyəcəklər neyniyirik ikinci qızı”. Yanındakı qadın isə çox soyuqqanlı şəkildə hamilə xanıma bildirdi: “Gördün qızdı, aldır. Evinə söz-söhbət salası deyilsən ki”.

Bir anda dünya başıma fırlandı. İnsan bir körpənin öldürülməsinsən necə belə rahat formada danışa bilər? Bətnində olan, səninlə qidalanan balaya necə qıymaq olar? Özüdə səbəb sırf qız olduğu üçün...

Birdən adımı eşitdim. Növbə mənə çatmışdı. İçəri daxil oldum və müayinə olunmaq üçün həkimin göstərdiyi yerdə uzandım. Biraz sakitlik çökdü və birdən həkim dilə gəldi: “Muştuluğumu verərsən. Doğulacaq olan uşağın şirinliyi 30 manatdır”. Heç nə başa düşə bilmədim. Sual dolu baxışlarla həkimə baxdım. Heç nə anlamadığımı görən həkim yenidən sakitliyi pozdu: “ Deyirəm ki, bu da oğlandır. Yəni 30 manat şirinlik verməlisən”. Təəccüb içərisində soruşdum ki, “bəs qızın şirinliyi nə qədərdir”? Cavab isə tam gözlədiyim kimi idi. “Qıza şirinlik düşmür”.

Halbuki qız övladı ailənin dirəyi, evin bəzəyi, Allahın rəhməti, behişt gülləridir. Hətta deyirlər ki, oğlan övladları - nemətdir,qız övladları isə - həsənətdir. Allah, nemətə görə sorğu-sual edəcəkdir həsənətlərə görə savab verəcəkdir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »