Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da atom sualtı qayıqla bağlı məlumatları "sendviç"də satan cütlük tutulub
ABŞ-da atom sualtı qayıqla bağlı məlumatları "sendviç"də satan cütlük tutulub

Amerikanın nüvə sualtı qayıqları ilə əlaqədar gizli məlumatları satmağa çalışan bir evli cütlük - hərbi mühəndis və həyat yoldaşı saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə gazeta.ru ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Merilenddən olan Conathan və Diana Tabbenin bir il ərzində FBI agentinə gizli sənədlər verdikləri aydın olub. Agent özünü xarici dövlətin nümayəndəsi kimi təqdim etdib. Ailə casusluqda və atom enerjisi qanununu pozmaqda ittiham olunur.

"Conathan Tabbe 1 aprel 2020-ci ildə Pensilvaniya ştatında yerləşən xarici təşkilatın ünvanına bir bağlama göndərib. Üzərində geri dönüş ünvanı göstərilən, məhdud məlumatların nümunəsi və əlavə gizli məlumatların alınması üçün əlaqə qurmaq təlimatları olan bağlama FTB tərəfindən ələ keçirilib. Bundan sonra mühəndis və həyat yoldaşı nəzarətə götürülüb.

Məlumat ötürülmələrindən birində Conathan Tabbe həyat yoldaşının köməyi ilə gizli məlumatı SD kartı fıstıq yağı çəkilmiş, yarısı yeyilmiş sendviçinin içərisinə yerləşdirərək çıxara biliblər.

Conathan Tabbe ABŞ Hərbi Dəniz Qüvvələri üçün nüvə qurğuları hazırlayan atom mühəndisi olaraq çalışan dəniz zabitidir. Əvvəllər, ABŞ Müdafiə Nazirliyi vasitəsi ilə gizli məlumatlara giriş imkanı verən milli təhlükəsizlik xidmətləri tərəfindən hərtərəfli araşdırmadan keçib. O, nüvə enerjisi ilə işləyən döyüş gəmiləri üçün təsnif edilmiş hərbi struktur elementləri, iş parametrləri və reaktorların istismar xüsusiyyətləri haqqında məlumatlar daxil olmaqla dəniz atom elektrik stansiyaları haqqında məlumat əldə edə bilib.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
Son xəbərlər
Bütün xəbərlər »