Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: İnsanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır
Nazir: İnsanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Gəncəyə raket hücumunun il dönümü ilə bağlı paylaşım edib.

Bizimyol.info xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

"Bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür.

İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır.

Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədərlə yad edirik",- deyə nazir qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »