Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikada polis əməkdaşları güllələniblər
Meksikada polis əməkdaşları güllələniblər

Meksikanın mərkəzi hissəsində eyniadlı ştatın paytaxtı Sakatekas şəhərində 4 polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.

Bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi tviterdə bildirib.

"Biz qorxaq hücumdan sonra əməkdaşların həlak olmasından dərin kədər hissi keçiririk", - mətndə deyilir. Quldurlar uşaq komandalarının yarışının keçirildiyi futbol meydançası yaxınlığında asayiş keşikçilərinə atəş açıblar. Hadisə zamanı oyunçular və azarkeşlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin yanvarından sentyabradək Sakatekasda təxminən 900 insan zorakılığın qurbanı olub.(report)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »