Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taliban": "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"
"Taliban": "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"

“Taliban” hərəkatının qüvvələri Əfqanıstanın müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar həyata keçirir.

Bunu radikalların nümayəndəsi və Əfqanıstandakı müvəqqəti hökumətdə məlumat və mədəniyyət nazirinin müavini olan Zabiullah Mücahid bildirib.

“Ölkənin müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, onların çox vacib gizlənmə yerləri tapılıb və biz onları araşdırırıq”, - deyə Əfqanıstanın “TOLO News” telekanalı Mücahiddən sitat gətirib.

Mücahid bildirib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qrupla sərbəst mübarizə apara bilir: “İŞİD-lə mübarizədə Əfqanıstan İslam Əmirliyi ABŞ-ın köməyinə ehtiyac duymur”.(apa)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »