Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mixail Saakaşvilinin səhhəti kəskin pisləşib
Mixail Saakaşvilinin səhhəti kəskin pisləşib

Gürcüstanın hazırda həbsdə olan, keçmiş prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin dediyinə görə, on günlük aclıq aksiyasından sonra onun vəziyyəti kəskin pisləşib.

Bizimyol.info "Sputnik"ə istinadən xəbər verir ki, həkim onun təcili xəstəxanaya yerləşdirilməsinin vacib olduğunu bildirib.

Həkim N.Kipşidze bu gün həbsxanada Mixail Saakaşvili ilə görüşə bilib.

"Vəziyyəti pisləşdir, çətinliklə hərəkət edə bilir, nitqində çətinlik yaranıb. Rəsmi olaraq on gündür ki, aclıq aksiyası keçirir. Əslində, o artıq 14-15 gündür ki acdır. O, mənə yolda və Batumidə heç nə yemədiyini, orada yeməyinin olmadığını söylədi", - deyə Kipshidze Mtavari TV-yə açıqlama verərkən deyib.

Həkimin dediyinə görə, Saakaşvilinin mediaya heç vaxt deyilməyən qan xəstəliyi - talassemiyanın olması (hemoglobin genləri zədələnəndə baş verən irsi genetik xəstəlik) vəziyyəti daha da çətinləşdirir.

"Onun icazəsi ilə Saakaşvilinin qan xəstəliyi - talassemiya olduğunu bildirirəm. Bu öldürücü bir xəstəlik deyil, amma bu xəstəliyin daşıyıcısı olan şəxs qəti olaraq ac qalmamalıdır. Sabah onunla görüşəcəyəm və onu xəstəxanaya köçürməyə çalışacağıq", - deyə Kipşidze bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb. Elə həmin gün aclıq aksiyasına başladı.

Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »