Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda Saakaşvilinin tərəfdarları aksiya keçiriblər - Video
Gürcüstanda Saakaşvilinin tərəfdarları aksiya keçiriblər - Video

Bu gün Rustaveli prospektində Gürcüstan parlamentinin binası qarşısında ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

Bizimyol.info "Sputnik Georgia"ya istinadən xəbər verir ki, aksiya Qanun və Ədalət partiyasının lideri, millət vəkili Tako Çarkvianinin təşəbbüsü ilə təşkil edilib. Etiraz aksiyasında yüzlərlə insan iştirak etdi.

Etirazçıların əksəriyyəti daha Tako Çarkviani tərəfindən Mixail Saakaşvilinin vətənə qayıtması məqsədi ilə yaradılan Xalq Hərəkatının nümayəndələri olub. Aksiya iştirakçıları həmçinin Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən bir gün əvvəl Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb. Hakimiyyət Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə ittiham edir. Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşıdır. Gürcüstan Prokurorluğu bəyan edir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır və o, cəzasını doğulduğu ölkədə çəkməli olacaq.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »