Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda sursat anbarında partlayış olub
Qazaxıstanda sursat anbarında partlayış olub

Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.

Bizimyol.info xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, hadisə yerli vaxtla saat 7:20-də Jambıl əyalətindəki mühəndis-sursat anbarında baş verib.

“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, - deyə nazirlikdən bildirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda avqustun 26-da yanğının baş verdiyi texniki ərazini partlayıcı maddələrdən təmizləmək üçün işlər aparılır.

Xatırladaq ki, həmin vaxt Jambil vilayətinin Bayzak rayonunun Kainar kəndi yaxınlığındakı hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın nəticəsində partlayışlar baş vermişdi. Partlayışlarda 17 nəfər ölmüşdü. İtkin düşmüş bir hərbçinin axtarışı davam edir.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »