Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Batumidə binanın çökməsinə görə Azərbaycan vətəndaşı ittiham olunur
Batumidə binanın çökməsinə görə Azərbaycan vətəndaşı ittiham olunur

Gürcüstanın Baş Prokurorluğu Batumidə binanın çökməsi ilə bağlı saxlanılan üç şəxsə ittiham irəli sürüb.

Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılması zamanı texniki və təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, Z.Budaqova məxsus binanın birinci mərtəbəsindəki mənzildə təmir-bərpa işləri zamanı həm dayaq, həm də dayaq olmayan divarların sökülməsi nəzərdə tutulub.

Oktyabrın 4-dən 8-dək işlər texniki və təhlükəsizlik qaydalarının pozulması ilə və mütəxəssisin iştirakı olmadan həyata keçirilib. Bu səbəbdən yeddimərtəbəli yaşayış binasının dayanıqlığı və möhkəmliyi pozulub. Nəticədə üçü azyaşlı olmaqla 9 nəfər sakinin ölümünə səbəb olan uçqun baş verib.

Baş Prokurorluq ittiham olunan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Batumi şəhər məhkəməsinə müraciət edəcək.(report)

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »