Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkel kansler kimi İsrailə sonuncu dəfə səfər edib
Angela Merkel kansler kimi İsrailə sonuncu dəfə səfər edib

Almaniya kansleri Angela Merkel İsrailə sfər edib.

Bu barədə “Report” xarici mıtbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Merkeli Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında İsrailin Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.

Merkel səfər çərçivəsində İsrailin Baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapidlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

İsrailin hökumət üzvləri ilə bir araya gələcək Merkel onun şərəfinə verilən şam ziyafətinə qatılacaq.

Yerli media Merkelin İsrailin keçmiş Baş naziri, hazırkı ana müxalifət lideri Binyamin Netanyahu ilə görüşməyəcəyini yazıb.

Qeyd edək ki, bu, Merkelin İsrailə kansler kimi son səfəridir. Almaniyanın hökumət başçısının İsrailə səfəri hələ avqustda planlaşdırılmışdı. Lakin həmin vaxt Əfqanıstanda baş verən hadisələrə (“Taliban”ın hakimiyyətə gəlişindən sonra Orta Asiya ölkəsində vəziyyətin köklü surətdə dəyişməsi-red) görə təxirə salınmışdı.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »