Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xoşbəxt bir gün üçün sizə nə lazımdır...
Xoşbəxt bir gün üçün sizə nə lazımdır...

Günə necə başlasanız, bütün gününüz elə keçər. Bu səbəbdən də günə xoş əhval-ruhiyyə ilə başlamaq çox önəmlidir.

Xoşbəxt bir gün üçün sizə bəzi önəmli sirləri açıqlayırıq:

  • Səhər yuxudan duran kimi, yataqdan qalxmadan gülümsünün.
  • Hər gün səhər yuxudan duranda özünüzə pozitiv bir cümlə pıçıldayın. Məsələn; "Mən gözələm, günüm də özüm kimi gözəl keçəcək".
  • Pəncərinin qarşısına keçin və pəncərədən çölə - təbiətə baxaraq, nəfəs alıb-verin. Bu nəfəs məşqlərini, nəfəsinizə diqqət edərək bir neçə dəfə təkrarlayın.
  • Səhərlər özünüzü çox ağır və hərəkət edə bilməyəcək qədər yorğun hiss edirsinizsə mütləq günə idmanla başlayın. Və yaxud enerjinizi bərpa etmək üçün bol vitaminli səhər yeməyi hazırlayın.
  • Günə enerjili başlasanız bütün gününüz elə keçər. Buna görə də bu fikri hər zaman ağlınızdan keçirin:

    "Heç kim daxilindəki coşğunluğu itirmiş bir insan qədər yaşlı ola bilməz".

  • Səhərlər işdə və yaxud evdə qarşılaşdığınız insanların üzünə gülümsəməyə çalışın. Bu sizin üçün çətin olsa belə özünüzü məcbur edin. Çünki bədənin buna ehtiyacı var. Gülmsədiyiniz zaman özünüzü daha yaxşı hiss edə bilirsinizmi?
  • Gülüşlərinizə canlılıq qatın, gözlərinizlə də gülümsəməyə çalışın. Bunun əksinə qaşlarınızı çatdığınız zaman daha mənfi duyğularla hörülmüş bir dairənin bədəninizə sarıldığını hiss edəcəksiniz.
  • Hər gün birinə yaxşılıq edin və ya xeyirxah bir iş görün. Məsələn "Səni sevirəm" deyin və yaxud gül alın özünüzə və yaxud bir başqasına. Ehtiyacı olana yaxşılıq edin. Ancaq əsla "Mən etdim", "Mən getdim", "Mən həll etdim" kimi ifadələrdən istifadə etməyin.

İnsan zəif tərəfləri ilə insandır. Gücsüzlüklərinizlə barışdığınız zaman hər şey daha rahat olacaq.

Son olaraq günün gözəl davam etməsini istəyrisinizsə, gözəl musiqilər dinləyin. Musiqi ruhun qidasıdır. Ruhunuzu gözəlliklərlə qidalandırın.

İlahin, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »