Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qızıl məmulatlarının qiymətləri hansı səviyyədədir...
Azərbaycanda qızıl məmulatlarının qiymətləri hansı səviyyədədir...

İki ildən çoxdur ki, ölkədə pandemiya ilə bağlı karantin rejimi tətbiq edilir. Uzun müddət toyların keçirilməsinə də icazə verilmədi. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi qızıl bazarına da təsir edib.

Qızıl satışı ilə məşğul olanlar deyir ki, bazarda vəziyyət o qədər də ürəkaçan deyil. Yəni, alıcını göydə gəzirlər. O da ki, tapılmır. Qızılın qiyməti bahalaşmasa belə, yenə də əl yandırır.

Zərgər Elşən Əsgərov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qızılın qiymətində heç bir artım yoxdur, qiymət stabil olaraq qalıb.

"Əksinə, müəyyən qədər güzəştlər edilir. Al-ver yoxdur. Məhərrəmlik və pandemiya qızıl bazarında alış-verişi dayandırıb. Pandemiya da qızıl bazarına çox təsir edib" - deyə zərgər bildirib.

Ara-sıra qızıl üçün müraciət edən alıcılar isə, münasib olsun deyə 585 problu Türk qızılına üstünlük verir. İtalyan qızılı - 750 əyyarlı qızıl isə bir qədər baha olduğu üçün alıcısı azdır.

"Türk qızılı deyilən 585 əyyarlı qızılın qramı 80-90 manat dəyərində, İtalyan qızılı 750 əyyarlı qızıl 110-130 manat arasında satılır. Qiymətlər, zərgərlik məmulatlarının modelindən asılı olaraq dəyişir. Brilyantların da qiyməti dəyişilməz olaraq qalır. Bazarda qiymətlərdə bahalaşma müşahidə edilmir. Çünki onsuz da alıcı azdır. Satıcılar bacardıqları qədər endirim etməyə çalışırlar" - deyə zərgər bildirib. Onun sözlərinə görə, bazarda rus qızılı - 582 əyarlı qızıl olsa da, bu qızıldan daha çox köhnə modelli məmulatlar haırlandığı üçün alıcısı yoxdur. Çünki dəbdə deyil. Rus qızılının 1 qramı 75-80 manat arasında dəyişir.

E.Əsgərov bildirir ki, elə məmulatlar var ki, onu satışdan almaqdansa zərgərə düzəltdirmək daha sərfəli başa gəlir. Elə məhsullar da var ki, onu satışdan hazır almaq daha uyğun olur. Ancaq əksər məhsulların zərgərlərə sifariş etdirilməsi daha uyğun qiymətə başa gəlir.

"Brilyant, qaşlı məmulatların zərgərlərə sifariş etdirilməsi daha məqsədəuyğundur. Məsələn; zərgər məhsulu hazırlayıb satışa verir və ya həmin məhsulu birinci olaraq zərgərə sifariş edib alırsan"- deyə zərgər qeyd edib.

E.Əsgərov bazardakı qiymətləri nəzərə alaraq əlavə edib ki, hələ ki, qızıl məmulatlarının qiymətlərində bahalaşma gözlənilmir. Bu gün ailə quran qızların əksəriyyəti gözəl-bahalı qızıl-zinət əşyalarına sahib olmağı arzulayır. Ailə həyatı quran zaman isə onlar bu arzularına nisbətən qovuşa bilirlər.

Zərgərin sözlərini nəzərə alsaq, hələ bir müddət bahalaşma gözlənilmir. Odur ki, seçiminizi etmək üçün uyğun zamandır. Ancaq onu da qeyd edək ki, heç bir qızıl-zinət əşyası ilə xoşbəxtlik əldə etmək olmur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »