Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həm Şuşa, həm də Bakı bəyannamələri bu sahədə atılan mühüm addımlardır"
"Həm Şuşa, həm də Bakı bəyannamələri bu sahədə atılan mühüm addımlardır"

"Azərbaycan Respublikasının Vətən müharibəsində qazandığı uğurdan sonra dünyanın siyasi arenasında rolu və çəkisi bir qədər də artmışdı. Ölkəmizin yerləşdiyi mühüm geo-strateji mövqe eləcə də, zəngin karbohidrogen ehtiyatlarının mövcudluğu ölkəmizə beynəlxalq diqqəti bir qədər də artırması ilə yanaşı, həm də hərbi-siyasi müstəvidə qazanılan böyük nəticə ölkəmiz ətrafında maraqları və dairələri bir qədər də aktuallaşdırmışdır"

Politoloq İlyas Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, eyni zamanda regionda təmsil olan dövlətləri, eləcə də Qafqazla maraqlanan müxtəlif siyasi qüvvələr, beyin mərkəzləri, analitik qruplar ölkəmiz haqqında Vətən müharibəsi yekunları ilə bağlı olaraq, müsbət fikirlər söyləmişdilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, xarici tərəfdaşlar sırasında da ölkəmizin uğurlarını təhlil edən və ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı artmışdır.

İlyas Hüseynov İlyas Hüseynov

"Bu xüsusda Türkmənistanla mübahisəli Kəpəz yatağının dostluq yatağı kimi birgə istismarı və hasilatın pay bölgüsü ətrafında "dostluq yatağı" adı altında bir xüsusi müqavilə imzalanmışdır. Bu müqavilə Türkmənistan qazının gələcəkdə Azərbaycanın qaz nəqli sistemləri ilə Qərbə nəqlini də nəzərdən keçirir. Eyni zamanda, postsovet məkanında olan etnik separatizmdən əziyyət çəkən dövlətlər; Ukrayna, Moldova, Gürcüstan kimi dövlətlər də Vətən müharibəsində qazanılan uğuru təkrarlamaq üçün müxtəlif səylər həyata keçiriblər.

Misal üçün, Ukrayna, "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının əldə olunması ilə bağlı hazırda fəal iş həyata keçirir. Hətta Ukraynanın müstəqilliyinin 30 illiyi ilə bağlı keçirilən hərbi paradda da "Bayraktar TB2" PUA-ları nümayiş olunmuşdu. Və hərbi arsenalın ən əhəmiyyətli silahları sırasındadır. Hərbi mütəxəssislər Vətən Müharibəsinin nəticələrini dərindən təhlil edir, bu gün hərbi akademiyalarda, hərbi məktəblərdə Vətən müharibəsi ilə bağlı nümunələr təhlil olunur. Həm pilotsuz uçuş aparatlarının sərgilədiyi performans, eyni zamanda Azərbaycanın xüsusi təyinatlılarının çətin-relyef ərazidə soyuq və şaxtalı havaya rəğmən çətin vəzifələrin yerinə yetirilməsi ilə bağlı göstərdikləri peşəkarlıq bölüşdürülür və dərindən təhlil olunur. Eyni zamanda, hərbi analitik mərkəzlərin də bu istiqamətdə tətqiqatlarını müşahidə etmişik. Bununla yanaşı, bu sahədə də araşdırmalar davamlı xarakter alır" - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, dünyanın nüfuzlu beyin mərkəzləri və analitik qrupları da siyasi səhnədə həyata keçirilən fəaliyyəti dərindən araşdırır və bu istiqamətdə fəaliyyət görürlər. Regiona gəldikdə isə, Türkiyənin regionda möhkəmlənməsi, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın meydana gəlməsi, eyni zamanda Rusiya ilə münasibətlər və İranın regional müstəvidə həyata keçirdiyi fəaliyyət çox diqqətlə izlənilir.

"Bizim qələbəmizi gözü götürməyən qüvvələrin də mövcudluğu qeyd olunmalıdır. İranın Ara sahilində keçirdiyi hərbi təlimlər və İranla son dövrdə gərginləşən münasibətlər həm də onu göstərir ki, Azərbaycan böyük geosiyasi problemləri həll edib, mühüm hərbi-siyasi tərəfdaşlar qazanıb və milli maraqlar kontekstində siyasi kursu doğru müəyəynləşdirib" - deyən İ.Hüseynov bildirib ki, balanslı regional siyasət nəticəsində həyata keçirilən fəaliyyət öz nəticəsini verib, lakin sonrakı dönəmdə Azərbaycan öz regional seçimini edib və bu istiqamətdə addımlayaraq Vətən müharibəsində qələbə qazanıb. Bu gün də Azərbaycan öz xarici tərəfdaşları və hərbi-siyasi sahədə öz müttəfiqləri ilə əməkdaşlıq münasibətlərini dərinləşdirir. Həm Şuşa bəyannaməsi, həm də Bakı bəyannaməsi bu sahədə atılan mühüm addımlar kimi dəyərləndirilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »