Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və ABŞ gömrük rüsumlarının və sanksiyaların ləğvini müzakirə edib
Çin və ABŞ gömrük rüsumlarının və sanksiyaların ləğvini müzakirə edib

Çinin Baş nazirinin müavini Lyu He ABŞ hökumətinin nümayəndəsi Ketrin Tay ilə video əlaqə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, tərəflər iki ölkə arasında gömrük rüsumlarının və sanksiyaların aradan qaldırılması məsələsini müzakirə edib. Çin tərəfi ölkəsinin iqtisadi inkişaf modeli və istehsal siyasəti ilə bağlı mövqeyini aydınlaşdırıb.

Ümumilikdə video əlaqə zamanı 3 məsələyə diqqət yetirilib. Belə ki, Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələrin həm iki ölkə, həm də bütün dünya üçün əhəmiyyəti qəbul edilib, ikitərəfli ticarət, həmçinin iqtisadi mübadilə və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Ticarət müqaviləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Əsas narahatlıqlar ifadə edilərək onların danışıqlar yolu ilə həlli razılaşdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »