Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada çörək tapılmır: “Uşaqlar ac yatırlar”
Suriyada çörək tapılmır: “Uşaqlar ac yatırlar”

Suriyada 11 ilə yaxındır müharibə gedir. Yüz minlərlə insan həyatını itirib. Təxminən bu qədər suriyalı başqa ölkələrə üz tutub. Suriyada qalanlar isə ən ağır şərtlərlə yaşamaq mübarizəsi aparır.

Bizimyol.info xəbər verir ki, Suriyada çörək tapılmır. Müharibəyə qədər ölkədə taxıl problemi nəzərə çarpmırdı. Amma uzun illərin döyüşləri vəziyyəti tam dəyişib. İndi Suriya xaricdən taxıl almalı olur.

Jurnalistlərin Deyr əz-Zövr şəhərində söhbətləşdiyi Kahva adlı qadın 8 uşağına çətinliklə qida tapdığını deyib. O, “tanur” adlandırdıqları təndir çörəyi bişirməklə övladlarını doyurmağa çalışır.

2020-ci ildə Suriyada 1 milyon ton taxıl istehsal olunub. Bu, müharibəyə qədər olan göstəricidən 4 dəfə azdır. Ölkədə yaşayan əhalinin ehtiyacı isə bundan 3 dəfə çoxdur. Qalanını xaricdən almaq lazım gəlir.

“Şimal-şərq bölgəsində Suriya buğdasının 50-60 faizi yetişdirilirdi. Bu bölgə müharibə zamanı dövlətin nəzarətindən çıxdı. Müxtəlif silahlı qruplar əkinçilik ərazilərində primitiv distillə maşınları yerləşdirib. Bundan başqa, Fərat çayı əkinçilik üçün əsas su mənbəyidir və Türkiyənin Suriya ərazisinə daxil olan suyun həcmi üzərində nəzarəti kənd təsərrüfatı sektorunda ciddi fasilələrə səbəb olur. Vətəndaşların bu strateji mədəniyyətə olan ehtiyaclarını ödəmək üçün Rusiyadan xeyli buğda idxal etməli oluruq”,- Fərat Universitetinin kənd təsərrüfatı fakültəsinin dekanı Ömər Abdul Rəzzak belə deyir.

Xaricdən taxıl almaq ölkə iqtisadiyyatı üçün böyük zərbədir. Buna görə də hökumət hər ailəyə düşən çörək payına nəzarət edir. Ölkədə qadınlar yenidən çörək bişirməyə başlayıb.

Jurnalistlərə müsahibə verən Cəmilə adlı qadın çörəyi xeyli baha – 500 lirəyə aldıqlarını deyib.

“14 dilimdən ibarətdir, bu isə ailəyə çatmır. Bəzən bir-iki gün çörək ala bilmirik. Uşaqlar ac yatırlar. Qızıl Ayparadan yardım olaraq buğda alırıq və yenidən elektrik sobasında tanur bişirməyə başlamışıq. İşığın yanmasını saatlarla gözləməli oluruq”.

BMT-nin hesabatına görə, suriyalıların 60 faizi müharibə üzündən ərzaq çatışmazlığı yaşayır. Ölkə təxminən bir milyon hektar əkin sahəsi itirib.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »