Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq”
“Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq”

Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsinə ilk dəfə iddia edir. Bu işlə bağlı BMT məhkəməsində Ermənistanın maraqlarını təmsil edəcək Ermənistanın AİHM-dəki nümayəndəsi Yeqişe Kirakosyan Ermənistan mətbuatına verdiyi müsahibədə belə deyib.

14-15 oktyabr tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı təcili tədbirlər görməsi tələbi ilə bağlı dinləmələr keçiriləcək. Ermənistan məhkəmədən Azərbaycana qarşı bir sıra təcili tədbirlər görməsini, o cümlədən hərbi əsirlərin və saxlanılan mülki şəxslərin geri qaytarılmasını, "Qənimətlər parkının" bağlanmasını tələb edir. Onun sözlərinə görə, bu iddia bəyanatı Ermənistanın görünməmiş bir addımıdır.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, bu günə kimi Azərbaycan xalqına qarşı edilmiş vəhşilik, vandalizmlə bağlı heç bir tədbir göstərməyən beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edə bilməyəcək.

Fazil Mustafa Fazil Mustafa

“Əslində, Ermənistanın özünə qarşı yetərincə faktlar var. Azərbaycan şəhərlərinə, silahsız insanlara qarşı törədilmiş hərbi cinayətləri sübut eləmək elə də çətin deyil. Azərbaycan hökuməti bütün faktları toplayaraq, beynəlxalq instansiyaların diqqətinə çatdırmalıdır. Ən əsası, Azərbaycan öz torpaqlarında, işğalçılara qarşı döyüşüb”, - deyə deputat bildirib.

O qeyd edib ki, dünyanın bir çox yerində müharibə muzeyləri, qənimət sərgiləri var və Bakıdakı “Qənimətlər Parkı”nda da insanlığa qarşı, beynəlxalq hüquqlara qarşı hər hansı bir əlamət yoxdur.

“Onlar törətdikləri vəhşiliklər haqqında kitablar yazanda, sənədli filmlər çəkəndə, faşist və terrorçuları milli qəhrəman elandə onlara heç nə deyən olmadı. İndi bizə nə deyəcəklər? Müharibədə biabırçı şəkildə məğlub olan Ermənistan indi həm dünyada, həm də xalqı qarşısında nəyəsə çalışırmış kimi görünməyə çalışır. Bu, sadəcə bir təzyiq vasitəsidir. Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq”, - deyə F.Mustafa vurğulayıb.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »