Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib
Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib.

“Report” xəbər verir ki, o, məhkəməsiz həbsə salındığını bildirib.

Siyasətçi qeyd edib ki, artıq 9-cu gündür həbsxanadadır və işi ilə bağlı heç bir məhkəmə dinləməsi keçirilməyib: “Həbs dünyada heç kəsin qəbul etmədiyi iki məhkəmə qərarı əsasında həyata keçirilib. Gürcüstan qanunvericiliyinə əsasən, saxlanılan istənilən şəxs təxirə salınmadan məhkəmə qarşısına çıxarılmalıdır. İşim üzrə hakim vəkilimə bu gün deyib ki, yaxın həftələrdə dinləmələrin olacağı gözlənilmir”.

Sabiq dövlət başçısının sözlərinə görə, bu, Gürcüstanda planlaşdırılmış yerli seçkilərin ikinci turunda onun ictimaiyyət qarşısına çıxmasının qarşısını almaq cəhdidir. O vurğulayıb ki, demək olar hər bir iri şəhərdə partiyası İvanişvilinin partiyası ilə eyni səs əldə edib.

M.Saakaşvili beynəlxalq ictimaiyyəti məhkəməsiz həbsə atılması məsələsinə göz yummamağa çağırıb.

Qeyd edək ki, keçmiş prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »