Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan güləşçisi dünya çempionu olub
Azərbaycan güləşçisi dünya çempionu olub

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Eldəniz Əzizli ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb və yarımfinala yüksəlib. Finalın bir addımlığında Yaponiya güləşçisinə məğlub olan Əzizli oktyabrın 8-də bürünc medal görüşünə çıxıb. Türkiyəli rəqibindən güclü olan Eldəniz ardıcıl 2-ci dəfə dünya üçüncüsü olub. Bununla da təcrübəli güləşçimiz DÇ-də qazandığı medalların sayını 3-ə çatdırıb.

Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub. Ancaq 1/4 finalda iranlı rəqibinə uduzub.

Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Bu mərhələdə Belarus təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda minimalhesablı qələbə Sənanı finala daşıyıb. Həlledici görüşdə 2 qat olimpiya, 2 qat dünya və 4 qat Avropa çempionu Roman Vlasovla qarşılaşan Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikincisi olub.

Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub!

55 kq

1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna) 6:0

1/4 final: Eldəniz Əzizli - Sardarbek Konuşbayev (Qırğızıstan) 10:1

1/2 final: Eldəniz Əzizli - Ken Matsui (Yaponiya) 1:10

Bürünc medal görüşü: Eldəniz Əzizli - Ekrem Öztürk (Türkiyə) 5:2

72 kq

1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya) 9:6

1/8 final: Ülvü Qənizadə - Şmaqi Bolkvadze (Gürcüstan) 4:3

1/4 final: Ülvü Qənizadə - Məhəmməd Muxtari (İran) 0:9

77 kq

1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan) 9:0

1/8 final: Sənan Süleymanov - Daler Rzazadə (Tacikistan) 9:0

1/4 final: Sənan Süleymanov - Roland Şvarts (Almaniya) 10:2

1/2 final: Sənan Süleymanov - Timur Berdiyev (Belarus) 5:4

Final: Sənan Süleymanov - Roman Vlasov (Rusiya) 1:2

82 kq

1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya) 9:0

1/8 final: Rafiq Hüseynov - Kalidin Asikayev (Qırğızıstan) 11:1

1/4 final: Rafiq Hüseynov - Aleks Kessidis (İsveç) 7:6

1/2 final: Rafiq Hüseynov - Adlan Akiyev (Rusiya) 2:1

Final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 2:1

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »