Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib
Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinqi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sədr bildirib ki, Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfəri uğurla davam edir.

Bu səfər Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir. Səfər müddətində Slovakiya Respublikasının Baş naziri Eduard Hegerlə və Milli Şuranın sədri Boris Kollarla konstruktiv görüşlərimiz oldu və proqrama uyğun olaraq görüşlər davam edir. Keçirilən görüşlərdə Azərbaycan-Slovakiya münasibətləri parlament müstəvisində müzakirə olundu, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin daha da dərinləşdirilməsi barədə fikirlərimizi bölüşdük.

Sahibə Qafarova jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. O, Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.

Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. O, parlamentlərarası münasibətlərin dərinləşməsinin ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Milli Məclisin sədri qeyd edib ki, keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barədə həmsöhbətlərinə məlumat verib. Vurğulayıb ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Spiker, həmçinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »