Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayev məhkəmədə: "Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur"
Ata Abdullayev məhkəmədə: "Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur"

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən Ata Abdullayevin məhkəməsi başlayıb. Onun işinə hakim Fikrət Qəribovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, məhkəmədə Ata Abdullayevin vəkili onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, hökm çıxarılana qədər həbsdən buraxılmasını istəyib. Vəkil bu barədə vəsatət qaldırsa da, təmin olunmayıb.

Məhkəmədə çıxış edən Ata Abdullayev müxtəlif vəzifəli şəxslərə minnətdarlıq edub: "Allah Prezidentimizi, Vitse-prezidentimizi qorusun. Mən DTX-nın rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyevaya minnətdaram. Mən o adamlardan deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur.

Şükürlər olsun ki, “dəmir yumruq” zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Zəfər yoluna and olsun ki, şikayətlərin əsası yoxdur. Mən bu yeddi ayda günahımın nədən ibarət olduğunu bilirəm. Amma o ittihamda yazılanlar olmayıb.

Allah mənə qismət edib Vyanada "dəmir yumruğu" şəxsən öpmüşəm. Mən cənab Prezidentlə nəfəs alan adamam. Burada yazılanları etməmişəm. Bu 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla nəsə yazdıran olub. And olsun Allaha, mən günahsızam, məsumam".

Ata Abdullayevin işi üzrə məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.

Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.

Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

Ata Abdullayev bu ilin martında həbs olunub. O, bundan əvvəl də oğurluğa görə məhkum edilib. Həmin vaxt da o, MTN əməkdaşları tərəfindən həbs olunmuşdu.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »