Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramzan Kadırovun qızı Çeçenistanın mədəniyyət naziri olub
Ramzan Kadırovun qızı Çeçenistanın mədəniyyət naziri olub

"Çeçenistan başçısı Ramzan Kadırovun böyük qızı - Çeçenistan mədəniyyət nazirinin birinci müavini vəzifəsində işləyən Ayşat Kadyrova bundan sonra nazirliyə rəhbərlik edəcək".

Bizimyol.info xəbər verir ki, bunu respublika parlamentinin spikeri Maqomed Daudov rəsmi instaqram səhifəsində yazıb.

"Əminəm ki, Ayşat Çeçenistanın mədəniyyət naziri vəzifəsində daha da əhəmiyyətli nəticələr əldə edəcək və qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gələcək", - deyə o qeyd edib.

Daudov Ayşat Kadırovanın məsuliyyətli və işgüzarlığı sayəsində qısa müddətdə respublikanın kitabxanalarının, mədəniyyət evlərinin və teatrlarının inkişafına böyük işlər gördüyünü bildirib: "Mədəniyyət Nazirliyinin bütün sahələrində yüksək göstəricilərə nail olmağı bacardı".

Qeyd edək ki, Ayşat Ramzanovna Kadyrova 31 dekabr 1998 -ci ildə Çeçenistan Respublikasının Kurchaloyevski rayonunun Tsentoroi kəndində anadan olmuşdur. Çeçen Dövlət Universitetini bitirib, 2016 -cı ildən "Firdaws" moda evinin direktorudur və ötən ilin sentyabrında Çeçenistan mədəniyyət nazirinin birinci müavini olub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »