Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu tualetlər baha başa gəldiyi üçün onlardan ancaq varlılar istifadə edə bilirdi"
"Bu tualetlər baha başa gəldiyi üçün onlardan ancaq varlılar istifadə edə bilirdi"

Bütün dünyada xüsusilə də Anadolu və Orta Şərqdə davam edən arxeoloji qazıntılar zamanı ara-sıra dəyərli əsərlər aşkarlanır. Qüdsdə aparılan araşdırmalar zamanı isə çox maraqlı bir tapıntı aşkarlanıb. Bu tapıntı bir daha sübut edir ki, ta qədim zamanlardan varlı ilə kasıb arasında böyük fərq olub. Çünki tapıntı həmin dövr üçün çox baha başa gələn bir vasitə olub.

Qüdsdə İsrail Qədim Əsərlər İdarəsi tərəfindən aparılan arxeoloji qazıntı zamanı 2700 il bundan əvvələ aid tualet aşkarlanıb. Üzərində heç bir monarxiya simvolu olmayan tualetə aid 30-40 ədəd kasa da tapılıb. Belə ki, tualet İsrail Qədim Əsərlər İdarəsinın qazıntıları zamanı Qüdsün Armon Hanatziv ərazisində aşkar edilən lüks bir sarayda tapılıb.

Yerusalim Post-un xəbərinə görə, idarənin qazıntılara rəhbərlik edən arxeoloqu Yaakov Billiq, aşkarlanan tualetlə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, belə tualetlərdən ancaq varlılar istifadə edə bilərmiş.

"Qədim dövrlərdə xüsusi tualet kabinləri çox nadir idi. Və bu günə qədər çoxu Davud şəhərində (Qüdsdə arxeoloji bölgə) olmaqla ancaq bir neçəsi tapılıb. Bu tualetlər baha başa gəldiyi üçün onlardan ancaq varlılar istifadə edə bilirmiş",- deyə arxeoloq bildirib.

Arxeoloqlar qazıntılar zamnaı tualetlə birlikdə qab-qacaq parçaları, heyvan sümükləri və bir zamanlar pəncərələrdə barmaqlıq kimi istifadə edilən parçacıqlar aşkarlayıb. Tualetin kral sarayına aid olduğu qeyd edilir. 1,5x2 metrə ölçüdə olan tualet kabinində tapılan kasalarda pis qoxuları aradan qaldırmaq üçün müxtəlif otaq parfümlərinin saxlanıldığı bildirilir.

"Bu qablarda xoş qoxulara malik yağ və ətirlər saxlanılırmış"- deyən Billiq, eyni zamanda müxtəlif bəzəkli daşlar, kiçik sütunlar da daxil olmaqla qədim dövrə aid bir çox tapıntıları aşkarladıqlarını qeyd edib. Tapıntılardan məlum olur ki, saray yüksək statuslu şəxsə aid olub.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »