Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə saç əkimi proseduru neçəyə başa gəlir?
Türkiyədə saç əkimi proseduru neçəyə başa gəlir?

Kişilərin saçları niyə çox tökülür? Kişilərin də qadınlar kimi saçı tökülür. Qadınlardan fərqli olaraq kişilərin saçı, başın arxa üst və ön hissəsində daha çox tökülür.

Qadınlarda da, kişilərdə də cinsi xüsusiyyətləri müəyyən edən hormonlar var. Kişilik xüsusiyyətini müəyyən hormona testosteron, qadınlıq xüsusiyyətlərini müəyyən edən hormona isə, ostrogen deyilir. Testosteron hormonunun yan maddəsi olan DHT (dihidrostestosteron) hormonu kişilərdə qadınlarla müqayisədə daha çox olur. Bu hormonun saç köklərini zəiflədici təsirləri var. Bu səbbədən də kişilərin saç kökləri qanlarında DHT hormonu olduğu üçün zəif olur. Ancaq keçəl olmaq, hər zaman yüksək testosteron ifrazı ilə əlaqələndirilməməlidir. Bəzi kişilərin saç köklərində olan alıcılar DHT hormonuna qarşı daha həssasdır. Bu səbəbdən qandakı yüksək olmayan DHT hormonu da saç köklərini zəiflədib saç tökülməsinə səbəb ola bilər. Qadınlarda isə, hormonlara təsir edən xəstəliklər səbəbilə və yaxud klimaks kimi hormonları dəyişdirən vəziyyətlərlə bağlı saç tökülməsi müşahidə edilir.

Saçı tökülən kişilərin çox olmasının digər bir səbəbi isə kişilərin saçının qısa olmasıdır. Qısa saçlı kişilərdə tökülən saçları dərhal hiss edilir. Çünki onların tökülən yerləri gizlədən uzun saçları olmur. Qadınların isə saçları uzun olduğu üçün tökülən saçların yerini uzun saçlar örtür. Buna görə də qadınların saç tökülməsi, kişilərdə olduğu qədər gözə çarpmır.

Saç tökülməsinin qarşısını tamamilə almaq mümkün olmasa da, bəzi kişilər tökülən saçlarını süni üsulla bərpa etməyə üstünlük verərək saç əkdirirlər. Saç əkimi prosedurları isə, müqayisədə Türkiyədə daha ucuz və keyiyyətli həyata keçirilir. Ölkəyə gedən əksər ərəb turistlərin, saç əkimi prosedurlarına müraciət etdyinin şahidi olmaq mümkündür. Türkiyədə saç əkimi prosedurunun qiyməti isə, sıxlığına görə dəyişir. Belə ki, seçilən nahiyə və sıxlıqdan asılı olaraq qiymətlər 3000-25000 TL, yəni 600-5000 manat arasında dəyişir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »