Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir mənzilə 500-dən çox adam qeydiyyata düşüb
Bir mənzilə 500-dən çox adam qeydiyyata düşüb

Rusiyada milyonlarla miqrant həyatda qalmaq üçün mübarizə aparır. Şimal ölkəsinə üz tutanların əksəri bir çox ağır işlər görür, çətin şərtlər altında yaşayır. Burada sənədləri qaydasına salmaq, qanuni yollarla qalmaq da bir ayrı dərddir. Miqrantlar məcburiyyətdən bir çox hallarda alternativ variantlar barədə düşünür.

Bizimyol.info xəbər verir ki, Rusiyada bir mənzilə 500-dən çox miqrant qeydiyyata düşüb. Moskva şəhər polis idarəsinin məlumatına görə, fakt paytaxt ətrafı ərazi sayılan Roqovo qəsəbəsində qeydə alınıb. Məlumatda ev sahibinin adı qeyd olunmayıb. Sadəcə, 37 yaşlı qadının 562 miqranta mənzilinə qeydiyyata düşməyə şərait yaratdığı bildirilir.

Polisin məlumatına görə, qəsəbə sakini bu qədər gəlmənin qeydiyyat problemini üç il ərzində həll edib. Onun hər miqrantdan 25-30 min rubl (350-420 dollar) aldığı qeyd olunur. Ümumilikdə söhbət 14 milyon rubldan (200 min dollara yaxın) gedir.

Qonşular həmin mənzilin həmişə boş olduğunu bildirir. Roqovo qəsəbə sakini, adətən, başqa yerdə yaşayır. Qadın artıq saxlanılıb. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin saxta qeydiyyatdan bəhs edən 322.2 maddəsi ilə cinayət işi açılıb. Rusiya vətəndaşını 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bəxti gətirsə, 100 min rubl (təxminən 1400 dollar) cərimə ilə canını qurtaracaq.

Miqrantların əksərinin Orta Asiya ölkələrindən olduğu bildirilir. Qadının mənzilinə qeydiyyata düşənlər arasında azərbaycanlıların olub-olmaması barədə məlumat verilmir.

Hələ oktyabrın 1-də Moskva şəhər polisi saxta qeydiyyatla bağlı bəyanat yaymışdı. Burada konkret ad çəkilməsə də, miqrantlara şərait yaradan yerli sakinlərdən danışılırdı. Bildirilirdi ki, həmin mənzilləri daha çox qonşuların şikayəti əsasında müəyyənləşdirmək olur. Hətta xeyli insanın qeydiyyata salındığı yaşayış yerlərinin xalq arasında “rezin mənzillər” adlandırıldığı qeyd edilmişdi.

Məlumatda o da bildirilmişdi ki, bəzən belə mənzillər spirtli içki, narkotik vasitə aludəçilərinin adlarına alınır. Sonradan isə yaşayış sahəsi qazanc yerinə çevrilir.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »