Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM-in imtahanlarına COVID-19 pasportu alanlar cəlb olunacaq
DİM-in imtahanlarına COVID-19 pasportu alanlar cəlb olunacaq

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Mərkəz tərəfindən keçirilən imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin məlumat bazasında olan və müxtəlif təyinatlı imtahanlara cəlb olunan şəxslərin müvafiq pasportunun olması əvvəlcədən yoxlanılacaq və imtahanlara peyvənd (hər iki doza) və ya immunitet sertifikatı olan şəxslər dəvət olunacaqlar.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »