Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtoritetin qətlində təqsirləndirilən bəraət alıb
Avtoritetin qətlində təqsirləndirilən bəraət alıb

Bakının Binəqədi rayonunda “Emin 444” kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş Həsən Tağıyev və Zaur Yusifovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.

Bu gün yekunlaşan məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilmədiyi üçün bəraət verilib və o, məhkəmə zalaından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Həsən Tağıyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsinin baş verməsinə “Emin 444”lə Həsən Tağıyev arasında bir neçə ay davam edən ədavət səbəb olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »