Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibədən sonra ordumuzda smartfonlarla bağlı ciddi nəzarət tətbiq olunur”
“Müharibədən sonra ordumuzda smartfonlarla bağlı ciddi nəzarət tətbiq olunur”

“44 günlük müharibə zamanı bəzi əsgər və zabitlərimizin, o cümlədən, Milli Qəhrəman Həmid Şükürovun ​ şəhid olmasına smartfonlarla çəkilən videogörüntülərin səbəb olduğu şübhə doğurmur”.

Bu sözləri Bizimyol.info saytına hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

O qeyd edib ki, son illərdə Azərbaycan Silahlı Qüvvələrində telefonlardan, xüsusilə də smartfonlardan istifadə ilə bağlı qaydalar sərt olub: “Lakin müharibənin ilk günlərində könüllülər və ehtiyatda olan zabitlərin özü ilə orduya smartfon gətirməsi, o cümlədən müharibənin gedişatı sərt nəzarətin tətbiqinə maneələr törətdi. Bununla belə, elə ilk günlərdən biz eşidirdik ki, nə qədər əsgər və zabit belə hallara görə cəzalandırılıb. Bəzi vətəndaşlarımız müharibədə olan yaxınlarının göndərdiyi videogörüntüləri sosial şəbəkədə paylaşırdı. Düşmən tərəfi də, müasir texnologiyalar vasitəsilə həmin videoların çəkildiyi əraziləri müəyyən edirdilər. Bundan başqa, cəbhə xəttində smartfonlardan istifadə düşmənlərin lokasiya barədə məlumat əldə etməsinə səbəb olur”.

O qeyd edib ki, belə hallarda cəmiyyət də, hərbçilər də diqqətli olmalıdırlar: “Heç bir müharibə kağız üzərində planlaşdırıldığı kimi getmir. Hər bir müharibədə müəyyən nöqsanlar, itkilər olur. Hələ hücum edən tərəfsənsə, sənin itkilərin müdafiə edən tərəfin itkilərindən 3 dəfə artıq olmalıdır. Lakin nəticə əksinə oldu. Azərbaycan ordusu çox çətin relyefə malik olan coğrafi şəraitdə döyüşdü”.

Hərbi ekspert əlavə edib ki, müharibədən sonra bütün detallar, uğurlar və nöqsanlar ciddi-ciddi təhlil olunub.

“Hər bir çatışmazlıq, nöqsanlarla bağlı ciddi addımlar atılır. Ordudakı islahatlar, ardıcıl olaraq keçirilən təlimlər də, ordunun peşəkarlığını artırmağa hesablanıb. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri Türkiyə mini-modelinə keçir. İndi çağırış dövrüdür, bir çox valideynlər övladları üçün narahat ola bilər, bu da anlaşılandır. Lakin onların övladlarına telefon göndərməsinə də ehtiyac yoxdur. Hər bir əsgərə hərbi hissədə sadə telefondan evə zəng etmək üçün şərait yaradılır. Müharibədən sonra ordumuzda smartfonlarla bağlı ciddi nəzarət tətbiq olunur və düşünürəm ki, bu istiqamətdə hər hansı narahatlığa ehtiyac olmayacaq”, - deyə ekspert əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »